DEPUTATIMIZ TÜRKİYƏDƏ PARLAMENT SEÇKİLƏRİNİ İZLƏYƏCƏK

XƏBƏRLƏR
29 oktyabr 2015 | 05:10   
Paylaşın:        

Milli Məclisin deputatı Ayaz Orucov Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkiləri müşahidə etmək üçün oktyabrın 29-da Ankaraya səfər edəcək.
Millət vəkili Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə seçki prosesini izləyəcək. Deputatımız müşahidə missiyasının digər üzvləri ilə birlikdə bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişatına, seçicilərin fəallığına diqqət yetirəcək.
Səfər noyabrın 2-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU