AVSTRALİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ TƏMSİL OLUNAN DİGƏR PARTİYALARIN SƏDRLƏRİ İLƏ GÖRÜŞDÜLƏR

XƏBƏRLƏR
29 oktyabr 2015 | 10:10   
Paylaşın:        
Oktyabrın 28-də ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə təmsil olunan digər siyasi partiyaların rəhbərləri ilə görüşdü. Görüşdə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı və Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa iştirak edirdilər.
Söhbət zamanı Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycanla Avstraliya arasındakı əlaqələrdən, ölkəmizin müstəqillik tarixindən və əldə olunmuş nailiyyətlərdən danışdı. Görüşdə qonaqlara ölkəmizdəki seçkiqabağı vəziyyət, seçki sistemi, siyasi partiyalar arasında mövcud olan dialoq, siyasi partiyaların maliyyələşdirilməsi, təbliğat-təşviqat kampaniyası  haqqında məlumat verildi. 
Siyasi partiyaların rəhbərləri bəzi beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standartlarının təəssüf doğurduğunu qonaqların diqqətinə çatdırdılar.
Sonra görüşdə qonaqları maraqlandıran suallara cavab verildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU