AŞPA-nın SİYASİ İŞLƏR KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
30 oktyabr 2015 | 10:10   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd  Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər komitəsinin iclasında iştirak etmək üçün noyabrın 3-dən 5-dək Fransada səfərdə olacaqlar.
Paris şəhərində keçiriləcək toplantıda qurumun Cənubi Qafqaz  üzrə  məruzəçisi Robert Uolterin  “Azərbaycanın Dağlıq Qarabağ və digər  işğal  edilmiş ərazilərində  gərginliyin  artması”  mövzusunda məruzəsinin ilkin  variantı  müzakirə  ediləcək.  Həmçinin, Suriyada muzdlu döyüşçülər problemi, Kosovoda və Belarusda vəziyyət, Ukraynada baş verən hadisələrin siyasi  nəticələri  və  digər  məsələlər  barədə  fikir  mübadiləsi  aparılacaq. 
Deputatlarımız müzakirə edilən məsələlərə öz münasibətlərini  bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU