QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
04 noyabr 2015 | 11:11   
Paylaşın:        
Noyabrın 5-də İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yüksək vəzifəli şəxslər Komitəsinin və Parlament Məclisinin daimi Komitəsinin birgə iclası, həmçinin QDİƏTPM-in reqlamenti üzrə işçi qrupunun toplantısı keçiriləcəkdir. Tədbirlərdə bu təşkilatın sədr müavini, Milli Məclisin bu qurumdakı nümayəndə heyəti rəhbərinin vəzifəsini icra edən deputat Musa Quliyev iştirak edəcəkdir. 
İclasda gələcək əməkdaşlığın möhkəmləndirilməsi məsələləri üzrə birgə fəaliyyət planı, təşkilatın reqlamentinə təklif olunan dəyişikliklər və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. 
Deputat Musa Quliyev müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəkdir.


Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU