AŞPA-nın KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
20 noyabr 2015 | 05:11   
Paylaşın:        

Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün noyabrın 22-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.
Tədbirdə insan hüquqları ilə bağlı etik məsələlər,  sosial hüquqlar üzrə illik məruzənin dərc edilməsi, Avropada yol təhlükəsizliyi və ictimai sağlamlığın prioritetləri, qeyri-ənənəvi karbohidrogenlərin kəşfiyyatı və istismarı  mövzuları ətrafında müzakirələr aparılacaq.
Komitə iclasında, həmçinin, Azərbaycanın sərhəd rayonları  sakinlərinin ermənilər tərəfindən qəsdən sudan məhrum edilməsi məsələsinə də baxılacaq.
Səfər noyabrın 24-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU