QDİƏT PARLAMENT MƏCLİSİNİN SESSİYASINDA

XƏBƏRLƏR
24 noyabr 2015 | 05:11   
Paylaşın:        

Milli Məclisin QDİƏT PM-dəki nümayəndə heyəti rəhbərinin vəzifəsini icra edən, qurumun sədr müavini, deputat Musa Quliyev noyabrın 25-də Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfər edəcək.
Millət vəkili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 46-cı sessiyasında iştirak edəcək.
Sessiyada “QDİƏT regionunda davamlı inkişafın məqsədlərinin həyata keçirilməsi: parlamentarilərin iştirakı”, “Korrupsiyaya qarşı mübarizənin hüquqi əsaslarının gücləndirilməsində parlamentlərin rolu”, “Mədəni irsin qeyri-qanuni istifadəsi ilə mübarizə” mövzularında məruzələr dinləniləcək. Tədbirdə QDİƏT, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Qara Dəniz Beynəlxalq Tədqiqatlar  Mərkəzinin fəaliyyəti barədə məlumat veriləcək. Toplantıda, həmçinin, maliyyə və təşkilati məsələlərə baxılacaq.
Sessiya çərçivəsində, eyni zamanda, QDİƏT PM Baş Assambleyasının Büro və Daimi komitəsinin iclasları keçiriləcək.
Səfər noyabrın 28-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU