MDB PA-nın TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
25 noyabr 2015 | 04:11   
Paylaşın:        
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputat Rasim Musabəyov və Milli Məclis Sədrinin köməkçisi, MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov MDB Parlament Assambleyasının tədbirlərində iştirak etmək üçün noyabrın 25-də Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə yola düşüblər.
Qurumun Şura iclasında bir sıra aktual məsələlərə baxılacaq.
MDB PA-nın Sosial siyasət və insan hüquqları, eləcə də İqtisadiyyat və maliyyə üzrə daimi komissiyalarının iclaslarında müxtəlif sahələrdə əməkdaşlığa dair məsələlər, o cümlədən beynəlxalq miqrasiyanın problemləri və bu sahədə əməkdaşlığın perspektivləri, tibbi sığorta, xarici ticarətin dövlət tənzimlənməsi kimi model qanunlar ciddi müzakirə olunacaq. 
Qurumun 43-cü Plenar iclasında model qanunlar zərfi müzakirəyə çıxarılacaq.
Azərbaycan parlamentinin nümayəndələri müzakirələrdə yaxından iştirak edəcək, məsələlərə münasibətdə ölkəmizin mənafeyi baxımından mövqe bildirəcəklər.
Səfər noyabrın 27-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU