AŞPA-NIN KOMİTƏLƏRİNDƏ

XƏBƏRLƏR
30 noyabr 2015 | 02:11   
Paylaşın:        
Dekabrın 2-dən 4-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, həmçinin Mədəniyyət, elm, təhsil və media komitələrinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Sahibə Qafarova iştirak edəcəklər.
Tədbirlərdə Avropada antisemitizmə qarşı yeni mübarizə üsulları, Dini azlıqlarda uşaq və ailə hüquqlarının müdafiəsi,  Demokratik vətəndaşlıq üçün bilik və bacarıqların artırılması, Uşaqlar üçün təhsil və təlimin əhəmiyyəti, Korrupsiyanın qarşısının alınmasına parlament nəzarəti: parlamentlərin media ilə əməkdaşlığı, Sahibkarlıq hüququ, İnternetdə ifadə azadlığı və digər mövzularda müzakirələr aparılacaqdır. 
Deputatlarımız gündəlikdəki məsələlər barədə çıxış edəcək, öz fikirlərini bildirəcəklər.

Milli Məclisin
Mətbuat xidməti   



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU