ATƏT PARLAMENT ASSAMBLEYASININ BÜRO İCLASINDA

XƏBƏRLƏR
30 noyabr 2015 | 02:11   
Paylaşın:        
Dekabrın 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Parlament Assambleyası Bürosunun iclası keçiriləcək. İclasda Milli Məclisin deputatı Azay Quliyev iştirak edəcək.
Tədbirdə Avropada miqrant və qaçqın böhranı, bununla bağlı ATƏT və ATƏT Parlament Assambleyası tərəfindən görülməsi mümkün olan tədbirlər barədə fikir mübadiləsi aparılacaqdır.
İclasda həmçinin ATƏT PA-nın Baş katibi də məruzə edəcək, təşkilatın büdcəsi, növbəti illik sessiyaların gündəliyi və iclasların keçirilməsi tarixləri müzakirə olunacaqdır.
Tədbirdə deputat Azay Quliyevin gündəlikdəki məsələlər barədə çıxışı da nəzərdə tutulmuşdur.

Milli Məclisin
Mətbuat xidməti   


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU