AVROPA ŞURASININ TƏDBİRİNDƏ

XƏBƏRLƏR
01 dekabr 2015 | 05:12   
Paylaşın:        

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Şurasının  Şimal-Cənub Mərkəzinin təşkil etdiyi “Lissabon Forumu-2015”-də iştirak etmək üçün dekabrın 2-də Portuqaliyaya səfər edəcək.
Toplantıda “Radikalizm və terrorizm ilə mübarizə: önləyici  vasitələr, Aralıq dənizi və Avropa məkanında ümumi təcrübələr” mövzusu müzakirə olunacaq.
Forum çərçivəsində bir sıra dəyirmi masalar keçiriləcək. Yığıncaqlarda radikallığın qarşısının alınması üçün qanunun aliliyi prinsipinə riayət edilməsi, bu istiqamətdə gənclərin və qadınların daha da fəallaşması, maarifləndirmə və qarşılıqlı dialoqun rolu məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Millət vəkili Sevinc Fətəliyeva tədbirlərdə qaldırılan məsələlərə münasibət bildirəcək.
Səfər dekabrın 4-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU