AŞPA-NIN HÜQUQİ İŞLƏR VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
04 dekabr 2015 | 10:12   
Paylaşın:        
Dekabrın 8-də Parisdə Avropa Şurası Parlament Assambleyasının  Hüquqi işlər və insan hüquqları komitəsinin iclası keçiriləcək. Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov iştirak edəcək. 
İclasda Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin rolu və onların müdafiəsinin gücləndirilməsi, Avropada QHT fəaliyyətlərinin haqsız məhdudlaşdırılmasının önlənməsi mövzularında məruzələr dinləniləcək, insan hüquqları müdafiəçilərinin qorunması üzrə baş məruzəçi vəzifəsinin yaradılması, yeni məruzəçilərin müəyyən olunması barədə müzakirələr aparılacaqdır.
Deputat Rafael Hüseynov müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, qeyd və təkliflərini bildirəcəkdir.


Milli Məclisin
Mətbuat xidməti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU