MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

XƏBƏRLƏR
29 dekabr 2015 | 03:12   
Paylaşın:        

Dekabrın 27-də  Ermənistanın bəzi kütləvi informasiya vasitələrində “Armenian Cyber Army” xaker qrupu tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin saytının sındırıldığı barədə həqiqətə uyğun olmayan informasiyalar yayılmışdır.
Əslində isə həmin gün Ermənistan xakerləri tərəfindən Milli Məclisin saytına qarşı edilmiş müxtəlif pozuculuq məqsədli cəhdlər nəticə verməmiş, sistemə heç bir zərər vura bilməmişdir. Bu hücumlar zamanı sistemdə çalışan mühafizə proqramı işə düşərək, sayta girişi mühafizə məqsədi ilə qısa müddətdə  məhdudlaşdırmış və sonradan sistem administratoru tərəfindən bərpa edilmişdir.
Bizim həm inzibati, həm də texniki imkanlarımız bu cür hücumların vaxtında qarşısını almağa imkan verir. Saytın qoruyucu sistemləri bu cür məkrli cəhdləri neytrallaşdırmağa qadirdir. Belə hərəkətlərlə Milli Məclis saytının fəaliyyətinə hər-hansı bir təsir göstərmək qeyri-mümkündür.


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU