İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ PARLAMENT İTTİFAQI KONFRANSININ SESSİYASINDA

XƏBƏRLƏR
21 yanvar 2016 | 04:01   
Paylaşın:        

Yanvarın 24-25-də İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 11-ci sessiyası keçiriləcək. Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov tədbirdə iştirak etmək üçün İraqın paytaxtı Bağdad şəhərinə səfər edəcəklər.
Toplantıda terrorizm və ekstremizmlə mübarizə, Fələstində son hadisələr, Suriyada humanitar vəziyyət, Sudan, Somali, Mali və Çadda siyasi durum, miqrasiya və qaçqınlar problemi, Kiprdə, Hindistanın Cammu və Kəşmir ştatında, Myanmada vəziyyət, Krımda müsəlman tatarların durumu ilə bağlı mövzular ətrafında müzakirələr aparılacaq. Sessiyada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar məsələyə də baxılacaq.
Səfər yanvarın 26-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU