AZƏRBAYCANLI DEPUTAT AŞPA KOMİTƏSİNİN SƏDRİ SEÇİLİB

XƏBƏRLƏR
27 yanvar 2016 | 03:01   
Paylaşın:        
Yanvarın 26-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova bu komitənin sədri seçilib.
İlk dəfədir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü qurumun komitə sədri seçilir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU