MİLLİ MƏCLİSİN DEPUTATLARI İSRAİLDƏ SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
05 fevral 2016 | 04:02   
Paylaşın:        
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Yevda Abramov fevralın 9-dan 12-dək İsraildə səfərdə olacaqlar.
İsrail Knessetinin Beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbinin dəvəti ilə həyata keçiriləcək səfər çərçivəsində iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər araşdırılacaq, Azərbaycan və İsrail parlamentlərinin beynəlxalq məsələlərlə məşğul olan komitələri arasında əməkdaşlıq və dialoqun təbliği barədə fikir mübadiləsi aparılacaqdır.

Milli Məclisin
Mətbuat xidməti    


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU