AVRASİYA İQTİSADİ ZİRVƏ TOPLANTISINDA

XƏBƏRLƏR
07 aprel 2012 | 10:04   
Paylaşın:        

Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov XV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün Türkiyədə səfərdə olacaq.
Tədbir Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin İstanbul və İzmir şəhərlərində keçiriləcək. Yığıncaqda iqtisadi, siyasi, sosial, enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, bu istiqamətlərdə təcrübə və informasiya mübadiləsi,  mədəniyyətlərarası dialoq mövzularında müzakirələr aparılacaq.
Valeh Ələsgərov toplantıda qaldırılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, öz təkliflərini verəcək.
Səfər aprelin 13-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU