MDB PARLAMENT ASSAMBLEYASININ KOMİSSİYA İCLASINDA

XƏBƏRLƏR
07 aprel 2012 | 01:04   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB PA-nın Sosial məsələlər  və insan hüquqları  komissiyasının  iclasında  iştirak etmək üçün aprelin 9-dan 13-dək Sankt-Peterburqda səfərdə  olacaq.
Tədbirdə quruma üzv ölkələrdə komissiyanın təklif etdiyi model qanunların istifadəsi haqqında məlumat dinləniləcək, MDB PA çərçivəsində gənclər parlamentinin yaradılması,  üzv ölkələrdə gənclər siyasəti haqqında qanunların təkmilləşdirilməsi və digər  məsələlər müzakirə ediləcək.   
 Deputatımız  tədbirdə  müzakirə olunan  məsələlərə  münasibət  bildirəcəklər.

 
                                                                 Milli  Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU