PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
23 fevral 2016 | 02:02   
Paylaşın:        

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Almaniyada səfərdə olacaqlar. Komitə sədri F.Muradov fevralın 25-də Almaniya Bundestaqında “Azərbaycan və Almaniya-Avropa üçün əməkdaşlıq” adlı 4-cü simpoziumda iştirak edəcək.
***
Sonra Fuad Muradov və Rövşən Rzayev Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə ölkənin Berlin, Bilefeld və Köln şəhərlərində təşkil olunan konfrans və anma mərasimlərinə qatılacaqlar. Azərbaycan və türk diaspor təşkilatlarının hazırladığı silsilə tədbirlərdə Xocalı soyqırımına həsr olunmuş materiallar nümayiş etdiriləcək, faciənin əsl mahiyyəti tarixi faktlar zəminində şərh olunacaq, Xocalı həqiqətləri bir daha Avropa ictimaiyyətinə çatdırılacaq.
Milli Məclisin nümayəndələri öz çıxışlarında ədalətin bərpası baxımından Xocalı soyqırımının tanınması və qəbul edilməsi zərurətinə diqqət yönəldəcəklər.   
***
Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Azərbaycan parlamentinin komitə sədri Fuad Muradov fevralın 29-dan martın 1-dək Rusiyanın paytaxtı Moskva şəhərində səfərdə olacaq.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU