XOCALI SOYQIRIMI İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
23 fevral 2016 | 06:02   
Paylaşın:        

Milli Məclisin deputatları Rauf Əliyev və Rasim Musabəyov Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün fevralın 24-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər.
Tədbirlər Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası tərəfindən həyata keçirilir. Anım mərasimləri zamanı İsrail Knessetinin  Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Aviqdor Libermanın təşəbbüsü ilə Xocalı faciəsi nəticəsində həlak olanların xatirəsinə Prezident Meşəsində 600-dən çox ağac əkiləcək.
Millət vəkilləri Xocalı hadisələri, Dağlıq Qarabağ münaqişəsi barədə mərasim iştirakçılarına geniş məlumat verəcəklər.
Deputatlar səfər çərçivəsində keçiriləcək digər tədbirlərə də qatılacaqlar.
Səfər fevralın 27-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU