MDB PA-nın KOMİSSİYA İCLASINDA

XƏBƏRLƏR
26 fevral 2016 | 05:02   
Paylaşın:        

Milli Məclisin deputatı İqbal Məmmədov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Büdcə-Nəzarət komissiyasının iclasında iştirak etmək üçün fevralın 29-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Tədbirdə quruma daxil olan ölkələrin parlament üzvləri, MDB PA Şurası Katibliyinin vəzifəli şəxsləri iştirak edəcəklər.
Toplantıda Parlamentlərarası Assambleyanın fəaliyyətinin maliyyələşdirilməsi, büdcənin formalaşdırılması və icrası məsələləri, habelə bir sıra qərar layihələri müzakirə olunacaq.
Səfər martın 3-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU