BALTİK ASSAMBLEYASININ KOMİTƏLƏRİNDƏ

XƏBƏRLƏR
01 mart 2016 | 03:03   
Paylaşın:        

Milli Məclisin deputatı, GUAM PA-nın sədri və parlamentin  qurumdakı  nümayəndə  heyətinin rəhbəri Azər Kərimli Baltik Assambleyasının  Təbii ehtiyatlar və ətraf mühit, İqtisadiyyat, energetika  və innovasiyalar üzrə  komitələrinin birgə  iclasında  iştirak  etmək üçün martın 3-dən  5-dək Estoniyada  səfərdə olacaq.
Bu ölkənin paytaxtı Tallin  şəhərində  keçiriləcək toplantıda regional  enerji  təhlükəsizliyi  məsələləri, qlobal iqlim, yeni  texnologiyalar  və innovasiyaların  tətbiqi,   kənd  təsərrüfatı sektorunun və yaşıl  iqtisadiyyatın  inkişafı ilə bağlı məsələlər barədə  fikir  mübadiləsi  aparılacaq.
Deputatımız müzakirə  edilən məsələlərə öz  münasibətini  bildirəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU