AŞPA-nın TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
01 mart 2016 | 04:03   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitəsinin toplantılarında iştirak etmək üçün martın 2-də Fransanın paytaxtı Parisə səfər edəcək.
Büro iclasında Avropa Şurasının Baş katibi Torbörn Yaqland və bir sıra vəzifəli şəxslərin çıxışları dinləniləcək, habelə Qazaxıstanda, Makedoniyada, Serbiyada son parlament seçkilərinin nəticələri ilə bağlı məsələlərə baxılacaq.
Qurumun Daimi Komitəsinin yığıncağında miqrasiya, qaçqınlar, məcburi köçkünlər və miqrantlar problemi, vətənindən kənar düşmüş uşaqların vəziyyəti, Avropadakı muzey və kitabxanaların müasir durumu, Kinematoqrafiya istehsalı üzrə Avropa konvensiyasının layihəsi müzakirə olunacaq.
Səfər martın 5-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU