BRAZİLİYALI DEPUTAT MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
04 mart 2016 | 06:03   
Paylaşın:        

Martın 4-də Milli Məclisin Beynəlxalq münasibətlər və  parlamentlərarası əlaqələr  komitəsi üzvlərinin  ölkəmizdə  səfərdə olan  Braziliya Milli Konqresi Federal Senatının Elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin sədri, Braziliya-Azərbaycan  parlamentlərarası  dostluq  qrupunun  rəhbəri  Kristovam  Buarke  ilə  görüşü oldu.
Qonağı salamlayan Beynəlxalq münasibətlər və  parlamentlərarası əlaqələr  komitəsinin  sədri Səməd  Seyidov ölkələrimiz  arasındakı  münasibətlərin yüksək  səviyyədə olduğunu dedi. Qeyd olundu ki, Braziliya  dünyanın ən sürətli inkişaf  edən  ölkələrindən biridir və buna  görə o, yerləşdiyi  regionda liderdir.  Azərbaycan da  iqtisadi inkişaf  tempinə  görə Cənibi  Qafqazın lider  dövlətidir.  Bildirildi ki, ölkəmiz  Braziliya  ilə münasibətlərin inkişafında  çox  maraqlıdır və bunun üçün kifayət  qədər böyük potensial  var.
Braziliya Milli Konqresi Federal Senatının Azərbaycanla  parlamentlərarası  dostluq  qrupunun  rəhbəri  Kristovam  Buarke  səmimi  görüş  üçün minnətdarlığını  bildirdi.  O, Bakıda ikinci dəfə olmaqdan məmnunluğunu  qeyd  etdi,  bu  dəfəki   gəlişində paytaxtımızın çox gözəlləşdiyinin şahidi olduğunu dedi. Azərbaycanın son 20 ildə əldə etdiyi uğurlardan danışan qonaq bütün bu nailiyyətlərin Braziliya tərəfindən yüksək qarşılandığını diqqətə çatdırdı. Kristovam Buarke parlament dostluq qruplarının fəaliyyətindən danışdı, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacib olduğunu  diqqətə  çatdırdı. O, belə səfərlərin əlaqələrimizin inkişafına müsbət töhfə olacağına əminliyini ifadə etdi.
Görüşdə  qarşılıqlı maraq doğuran bir  sıra  məsələlər  barəsində fikir  mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU