AŞPA-nın KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
07 mart 2016 | 03:03   
Paylaşın:        

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün martın 7-dən 9-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
Tədbirdə Polşada demokratiya və qanunun aliliyi ilə bağlı vəziyyət, Fələstin Milli Şurası ilə tərəfdaşlıq prosesinin inkişafı, Liviyadakı  durumun regional sabitlik və Avropanın təhlükəsizliyinə təsiri, Liviyada terrorizm hədələri və ölkənin demokratik gələcəyi,  İranda siyasi inkişaf prosesləri, Ukraynada böhranın nəticələri və digər məsələlər müzakirə olunacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU