DEPUTATLARIMIZ LATVİYAYA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
07 mart 2016 | 07:03   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Rüstəm Xəlilov, Kamran Bayramov martın 8-də Latviyanın paytaxtı Riqa şəhərinə səfər edəcəklər.
Millət vəkilləri bu ölkənin Prezident Administrasiyasında, Parlamentində, Riqa Dumasında, Latviya Bələdiyyələr İttifaqında, Regional İnkişaf və Maliyyə nazirliklərində, müxtəlif yerli özünüidarəetmə orqanlarında olacaq, bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə regional siyasət və yerli özünüidarəetmə sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı, bələdiyyələrin fəaliyyəti ilə bağlı qanun yaradıcılığında təcrübə və informasiya mübadiləsi, bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər martın 13-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU