DEPUTATIMIZ BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
09 mart 2016 | 03:03   
Paylaşın:        

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 10-da Fransanın paytaxtı Parisə səfər edəcək.
Yığıncaqda qadınların ictimai-siyasi həyatda fəallığının artırılması, terrorizmlə mübarizədə qadınların rolu, dini azlıqlarda uşaq və ailə hüquqlarının müdafiəsi, Avropada antisemitizmə qarşı mübarizə  mövzularında müzakirələr aparılacaq.
Millət vəkili müzakirə olunacaq məsələlər barədə fikirlərini açıqlayacaq.
Sonra Sahibə Qafarova ABŞ-a yola düşəcək. Millət vəkili AŞPA-nın nümayəndəsi olaraq 14-15 mart tarixlərində Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçiriləcək tədbirlərə qatılacaq.
Səfər martın 17-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU