AŞPA-nın TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
12 mart 2016 | 01:03   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası alt komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının tədbirlərində iştirak etmək üçün martın 14-dən 17-dək Fransada səfərdə olacaq.
Qurumun Sosial komitəsinin Parisdə keçirilən iclasında insan hüquqlarının qorunması ilə bağlı etik məsələlər, çirkli pulların yuyulmasına qarşı mübarizə, ictimai sağlamlıqla əlaqədar beynəlxalq vəziyyətin idarə olunması və digər mövzular ətrafında müzakirələr aparılacaq. Sevinc Fətəliyeva AŞPA komitəsinin iclasında “Gənclər və uşaqların radikallaşmasının qarşısının alınması” mövzusunda hazırladığı məruzəni müzakirəyə təqdim edəcək.
Daha sonra deputatımız Strasburq şəhərinə yola düşəcək, Uşaqlara qarşı zorakılığın önlənməsi qrupunun iclasında iştirak edəcək.

 
                                                                                   Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU