QOBUSTAN RAYONUNDA QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

XƏBƏRLƏR
15 mart 2016 | 06:03   
Paylaşın:        
Martın 15-də Novruz bayramı ərəfəsində, Milli Məclisin nümayəndələri hər il olduğu kimi Qobustan rayonunda məskunlaşmış qaçqınların və məcburi köçkünlərin görüşünə gəlmişlər. 
Milli Məclisin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra rayonda məskunlaşmış, öz yurd-yuvalarından erməni işğalı nəticəsində didərgin düşmüş insanlarla görüş keçirildi. Novruz bayramı münasibəti ilə qaçqın və məcburi köçkünləri Milli Məclisin rəhbərliyi adından təbrik edən nümayəndə heyətinin üzvləri onlara öz ürək sözlərini söylədilər.
Bildirilmişdir ki, qaçqın və məcburi köçkünlərə qayğı təkcə bayram günlərində deyil, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. 
Çıxış edən qaçqın və məcburi köçkünlər Prezident İlham Əliyevə və Milli Məclisin Sədri Oqtay Əsədova onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər. 
Görüşdən sonra rayonda məskunlaşmış 166 ailəyə bayram sovqatı təqdim edildi.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU