MİLLİ MƏSLİSİN DEPUTATLARI QAZAXISTANDA KEÇİRİLƏCƏK PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR

XƏBƏRLƏR
17 mart 2016 | 11:03   
Paylaşın:        
Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun başçılığı ilə  deputatlar Xanlar Fətiyev, Adil Əliyev və Nizami Cəfərov martın 20-də Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Astana şəhərində səfərdə olacaqlar.
Valeh Ələsgərov və Xanlar Fətiyev MDB Parlamentlərarası Assambleyasının, Adil Əliyev MDB İcraiyyə Komitəsinin, Nizami Cəfərov isə Türkdilli ölkələrin Parlamentlərarası Assambleyasının  xətti ilə seçkinin müşahidəçilər missiyasına qatılacaqlar. 
Səfər zamanı deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, seçicilərin fəallığını müşahidə edəcək, prosesin gedişi ilə bağlı fikirlərini açıqlayacaqlar.
Səfər martın 21-də başa çatacaq.

Milli  Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU