AŞPA-nın KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
18 mart 2016 | 02:03   
Paylaşın:        

Milli Məclisin deputatları Sahibə Qafarova və Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün martın 20-də Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcəklər.
Millət vəkili Sahibə Qafarovanın sədrliyi ilə keçiriləcək iclasda Cənubi Qafqaz regionunda miqrasiya prosesləri, Qərbi Balkandan olan köçkünlərin hüquqlarının müdafiəsi, Suriyalı qaçqınlarla bağlı Avropada yaranmış vəziyyət, miqrantlara qarşı zorakılıq halları, Fələstinin Qəzza bölgəsində humanitar durum və digər məsələlər müzakirə olunacaq.
İclas çərçivəsində Gürcüstanın dövlət qurumlarının nümayəndələri ilə bir sıra görüşlər keçiriləcək, fikir mübadiləsi aparılacaq.
Səfər martın 23-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU