AŞPA KOMİTƏSİNDƏ UŞAQLARA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
01 aprel 2016 | 02:04   
Paylaşın:        

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və daimi inkişaf komitəsinin təşkil etdiyi tədbirdə iştirak etmək üçün aprelin 4-də Bolqarıstana səfər edəcək.
Sofiya şəhərində keçiriləcək tədbirdə uşaqların normal formalaşması, sağlam böyüməsi, onların hüquqlarının qorunması ilə bağlı məsələlər müzakirə olunacaq.
AŞPA-nın Sosial məsələlər, sağlamlıq və daimi inkişaf komitəsində uşaqlar üzrə baş məruzəçi olan millət vəkili Sevinc Fətəliyeva mövzu ilə bağlı fikirlərini açıqlayacaq, həmçinin  ölkəmizdə uşaqlara olan diqqət və qayğı, onların müdafiəsi, vəziyyətinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər barədə məlumat verəcək.
Səfər aprelin 7-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU