AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİSİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
08 aprel 2016 | 05:04   
Paylaşın:        

Aprelin 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət  quruculuğu  komitəsi üzvlərinin  ölkəmizdə səfərdə olan  Avropa Şurası  Parlament  Assambleyasının Monitorinq  Komitəsinin  həmməruzəçisi Stefan Şennakla  görüşü oldu.
Qonağı salamlayan komitə sədri Əli  Hüseynli əvvəlcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsindəki mövcud  durumdan  söz  açdı. Bildirildi ki, son günlər erməni silahlı qüvvələri tərəfindən sərhədboyu rayonlarda baş verən təxribatda mülki  vətəndaşlar  xeyli əziyyət  çəkdilər. Artıq Azərbaycan Silahlı Qüvvələri ermənilərin təxribatına layiqli cavab veriblər,  uğurlu əməliyyatlar aparılıb. O, münaqişə ilə bağlı Avropa  Şurasının  erməni  təxribatlarına  cavab  olaraq  nümayiş etdirdiyi obyektiv rolu yüksək  qiymətləndirdi və qurum  rəhbərliyinə  təşəkkürlərini  çatdırdı. 
Sonra  Əli Hüseynli rəhbərlik  etdiyi komitənin fəaliyyətindən,   dövlət   quruculuğunun  inkişafı ilə bağlı  yeni hazırlanan qanun  layihələrindən, qəbul  edilən  sənədlərdən söz  açdı. Avropa  Şurası ilə qarşılıqlı  əməkdaşlıqda  komitə  üzvlərinin səmərəli  fəaliyyətinə  toxundu.
Avropa Şurası  Parlament  Assambleyasının  Monitorinq  Komitəsinin  həmməruzəçisi Stefan Şennak səmimi  görüş  üçün  minnətdarlığını  bildirdi. Qeyd etdi  ki,  dəfələrlə  Azərbaycanda  səfərdə olsa  da Milli Məclisdə  ilk  dəfədir  olur. Qonaq  Milli Məclisin inzibati  binasında  yaradılan  şəraiti yüksək  dəyərləndirdi. O, Avropa  Şurasına  üzv  olan iki dövlət - Azərbaycanla  Ermənistan  arasında  yaşanan bu  münaqişədən dərin narahatlığını ifadə  etdı. Şennak bildirdi ki, həmməruzəçi kimi hazırlayacağı hesabatda Dağlıq Qarabağ münaqişəsində obyektivliyin qorunması önəmli prinsip olacaq. 
Görüşdə  qarşılıqlı  maraq  doğuran  digər  məsələlər  barəsində  də fikir  mübadiləsi  aparıldı.
Söhbətdə Milli  Məclisin  deputatları Rəfael  Cəbrayılov, Çingiz  Qənizadə  iştirak  edirdilər.   



Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU