AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİSİ MİLLİ MƏCLİSDƏ OLDU

XƏBƏRLƏR
08 aprel 2016 | 05:04   
Paylaşın:        
Aprelin 8-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşdü. 
Qonaqları salamlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qonağı uzun illik təcrübəyə malik olan məruzəçi kimi dəyərləndirdi. Bildirdi ki, Azərbaycan konstruktiv tənqiddən heç vaxt çəkinməyib və onun faydasını yaxşı başa düşür. Komitə sədri təəssüf hissi ilə qeyd etdi ki, qonağın səfərinin ermənilərin atəşkəsi pozduğu və cəbhə xəttində gərginlik yaşandığı bir dövrə təsadüf etməsini heç kəs istəməzdi. Səməd Seyidov bu faktların hazırlanacaq məruzədə öz əksini tapacağına əminliyini ifadə etdi.
Sonra görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və digər mövzularda   fikir mübadiləsi aparıldı.
Söhbət zamanı qonağı maraqlandıran suallara cavab verildi.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU