ATƏT PA-NIN BÜRO İCLASI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
08 aprel 2016 | 05:04   
Paylaşın:        
Aprelin 11-də Danimarkanın Kopenhagen şəhərində ATƏT Parlament Assambleyasının Büro iclası keçiriləcəkdir. İclasda Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü, Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev iştirak edəcəkdir.
İclasda ATƏT PA-nın yay sessiyasında müzakirə olunacaq layihələr təqdim ediləcək, ATƏT PA-nın fəaliyyəti, seçkiləri müşahidə missiyaları və keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılacaqdır.

Milli Məclisin
Mətbuat xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU