PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
13 aprel 2012 | 05:04   
Paylaşın:        

Milli Məclisin deputatı Qənirə Paşayeva “Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, erməni yalanları” mövzusunda konfranslarda iştirak etmək üçün aprelin 16-dan 21-dək Türkiyədə səfərdə olacaq.
Deputatımız qardaş ölkənin Bodrum, Antalya, Ankara və İstanbul şəhərlərində keçiriləcək konfranslarda Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın təcavüzkar siyasəti barədə real faktları bir daha diqqətə çatdıracaq. Problemin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən bəhs edəcək. Tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinə dair müxtəlif materiallar və broşüralar yayacaq.


****


Milli Məclisin deputatı Sahibə Qafarova aprelin 17-dən 19-dək Rusiya Federasiyasında səfərdə olacaq.
Deputatımız AŞPA-nın xətti ilə Sankt-Peterburq şəhərində keçiriləcək “İnsan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masaya qatılacaq. Tədbir zamanı müzakirə olunan məsələlərə münasibət bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti


 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU