AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA

XƏBƏRLƏR
16 aprel 2016 | 12:04   
Paylaşın:        
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə bir qrup deputat Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda  səfərdə olacaqlar. 
Nümayəndə heyətinə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa, Elşən Musayev, Sabir Hacıyev, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildirlər.
Sessiya çərçivəsində Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatlar dinləniləcək, Avropada antisemitizmə qarşı mübarizə, Suriyalı qaçqın böhranı, Miqrant və qaçqın hüquqları – Qərbi Balkanlarda vəziyyət, Avropa Şurasının İnsan hüquqları üzrə komissarının 2015-ci ildə fəaliyyətinin yekunları və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Tədbirdə AŞPA-nın Sosial məsələlər komitəsinin məruzəçisi Sevinc Fətəliyevanın “Uşaqların radikallaşması və buna səbəb olan amillərin aradan qaldırılması” mövzusunda məruzəsi dinləniləcək, bununla bağlı müzakirələr aparılacaqdır. 
Sessiyada Azərbaycan-Ermənistan cəbhə xəttində baş vermiş son hadisələrin müzakirə olunması da gözlənilir.
Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.  

Milli Məclisin 
Mətbuat xidməti 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU