YUNANISTANDA ULU ÖNDƏRƏ HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
18 aprel 2016 | 05:04   
Paylaşın:        

Milli Məclisin Əmək və  sosial  siyasət  komitəsinin  sədri Hadi Rəcəbli  və deputat, yazıçı-dramaturq Hüseynbala Mirələmov aprelin  19-dan 22-dək Yunanıstanda  səfərdə olacaqlar.
Səfərin məqsədi Afina şəhərində Azərbaycan  səfirliyinin təşkilatşılığı ilə   deputat-yazıçının müəllifi olduğu “Görkəmli  adamların həyatı” silsiləsindən yunan dilində çapdan çıxmış “Heydər Əliyev – lider  və onun zamanı” adlı kitabın təqdimat  mərasimində iştirak etməkdir.
Yunanıstanın tanınmış ədəbiyyat və elm xadimlərinin qatılacağı tədbirdə deputatlarımız görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ulu öndərin layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü  uğurlu  dövlət  siyasəti, ölkədə həyata keçirilən islahat  və yeniliklər  barədə ətraflı məlumat verəcək, fikirlərini bölüşəcəklər.
Bundan başqa millət vəkilləri Yunanıstan  parlamentində Azərbaycanla  dostluq  qrupunun  üzvləri və bu ölkədəki Azərbaycan  diasporunun  nümayəndələri ilə də görüşlər  keçirəcəklər.

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU