“QADINLAR PARLAMENTLƏRDƏ” QLOBAL FORUMUNDA

XƏBƏRLƏR
02 may 2016 | 06:05   
Paylaşın:        

 Milli Məclisin deputatı Qənirə Paşayeva “Qadınlar  Parlamentlərdə”  Qlobal Forumunda və  İordaniya  Nümayəndələr  Palatası ilə birlikdə  keçirilən Qlobal Sammitdə iştirak etmək  üçün  mayın 3-dən 7-dək  İordaniyada  səfərdə  olacaq.
Amman şəhərində baş tutacaq  toplantılarda  gender  bərabərliyinin əhəmiyyəti, qadın sağlamlığınin qorunması, dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasında  qadınların  rolu, miqrant  qadınların problemləri  müzakirə olunacaq. 80-dən artıq ölkə nümayəndələrinin qatılacağı toplantıda deputatımız müzakirə olunan  məsələlərə  öz  münasibətini  bildirəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU