İŞGÜZAR SƏFƏRDƏ

XƏBƏRLƏR
06 may 2016 | 04:05   
Paylaşın:        

Milli Məclisin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev mayın 10-dan Avropa ölkələrində işgüzar səfərdə olacaq.
Deputatımız Finlandiyanın paytaxtı Helsinki şəhərində iki günlük səfərini başa çatdırdıqdan sonra Danimarkanın paytaxtı Kopenhagenə yola düşəcək. Səfər zamanı hər iki ölkədə parlamentarilər və siyasi xadimlərlə görüşlər keçiriləcək, ATƏT-Azərbaycan əməkdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılacaq.
Azay Quliyev Kopenhagendə ATƏT PA-nın Beynəlxalq Katibliyində qurumun Baş katibi Roberto Montella ilə görüşəcək.
Səfər mayın 13-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU