DEPUTATIMIZ İRANA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
06 may 2016 | 06:05   
Paylaşın:        

Milli Məclisin deputatı Tahir Kərimli mayın 6-da İran İslam Respublikasının Təbriz şəhərinə səfər edəcək.
Millət vəkili Təbriz Universitetinin təşkil etdiyi  Qarabağla bağlı  konfransda iştirak edəcək. Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, 20 faiz torpaqlarımızın erməni silahlıları tərəfindən işğal edilməsi, Azərbaycan vətəndaşlarının öz doğma yurdundan qaçqın və məcburi köçkün düşməsi, problemin həlli istiqamətində atılan addımlar, bu gün regionda yaranmış gərgin vəziyyət barədə müzakirələr keçiriləcək. Konfransda mövzu ilə əlaqədar deputatımızın çıxışı nəzərdə tutulub. Tədbirdə, habelə, İran-Azərbaycan əməkdaşlığının inkişafı barədə fikir mübadiləsi aparılacaq.
Səfər mayın 8-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU