MİLLİ MƏCLİSİN DEPUTATLARI ALMANİYADA SƏFƏRDƏDİRLƏR

XƏBƏRLƏR
10 may 2016 | 04:05   
Paylaşın:        
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev və deputat Rasim Musabəyov mayın 9-dan Almaniyanın Berlin şəhərində səfərdədirlər.
Nümayəndə heyəti Bundestaqda bir sıra komitələrin rəhbərliyi, Elm və siyasət Fondunun ekspertləri, Cənubi Qafqaz Dostluq Qrupunun sədri, Almaniyanın kommunikasiya və mədəniyyətlərarası dialoq üzrə müvəkkili və digər şəxslərlə görüşlər keçirəcək, qarşılıqlı münasibətlərin inkişafı istiqamətində fikir mübadiləsi aparacaqlar. 
Səfər çərçivəsində deputatlar Humboldt-Berlin Universitetində fəaliyyət göstərən “Azərbaycan tarixi” kafedrasını da ziyarət edəcəklər.
Deputatların səfəri mayın 13-də başa çatacaqdır.  

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU