DEPUTATLARIMIZ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
11 may 2016 | 04:05   
Paylaşın:        

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Sevinc Hüseynova, Sədaqət Vəliyeva mayın 12-də Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklər.
Millət vəkilləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başqanlığı tərəfindən təşkil olunmuş tədbirdə iştirak edəcəklər. Yığıncaqda səhiyyə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər, ailə institutunun və dəyərlərinin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər mayın 14-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU