MİLLİ MƏCLİSİN DEPUTATI KONFRANSDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
11 may 2016 | 07:05   
Paylaşın:        
Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının və Baltik Nazirlər Şurasının təşkil etdiyi konfransda iştirak etmək üçün mayın 12-dən 14-dək Latviyanın Riqa şəhərində səfərdə olacaq.
“Baltik regionunda təhlükəsizlik: hazırki vəziyyət və perspektivlər” mövzusuna həsr olunmuş konfransda regionda medianın gücləndirilməsi, hibrid təhlükələrə qarşı mübarizə, NATO və Avropa İttifaqı arasında strateji əməkdaşlığın Baltik perspektivi barədə müzakirələr aparılacaqdır.
Əli Məsimli gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, qeyd və təkliflərini bildirəcəkdir.     

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU