AŞPA-NIN KOMİTƏLƏRİNDƏ

XƏBƏRLƏR
11 may 2016 | 05:05   
Paylaşın:        

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün mayın 11-dən 15-dək  Almaniyanın  Berlin şəhərində  səfərdə olacaq.
Sonra deputatımız Bərabərlik və qeyri-diskriminasiya komitəsinin Alt komitəsinin iclasına qatılmaq üçün  mayın 16-19-da İsveçin Stokholm şəhərinə, Büro və Daimi komitənin iclaslarında  iştirak etmək üçün  mayın 25-28-də Estoniyanın paytaxtı Tallin şəhərinə səfər  edəcək. Toplantılarda dünyada  qadınlara  qarşı  zorakılığın  aradan  qaldırılması, gender  bərabərliyinin təmin edilməsi,  bərabərlik  və qeyri-diskriminasiya prosesinin İsveç modeli, qaçqın qadınların hüquqları ilə bağlı məsələlər  müzakirə obyekti olacaq.  
Sahibə Qafarova daha  sonra  sədri olduğu Miqrasiya komitəsi çərçivəsində  keçiriləcək  tədbirlərlə əlaqədar  mayın 28-dən iyunun 2-dək  Yunanıstanın Afina, iyunun 2-dən 4-dək isə Fransanın Paris  şəhərlərində olacaq. Burada Yunanıstanda və İordaniyada qaçqınların  vəziyyəti,  Avropada kimsəsiz  uşaqların problemləri,  Qəzza bölgəsində  humanitar  krizis,  dini  azlıqların  ailə  və uşaq  hüquqlarının təminatı və digər  cari  məsələlər  barəsində  fikir  mübadiləsi  aparılacaq.
 Deputatımız  səfər proqramı  çərçivəsində  keçirilən  bütün  toplantılarda  müzakirə  olunan  məsələlərlə bağlı  fikirlərini bildirəcək.


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU