DEPUTATIMIZ SƏFƏRDƏDİR

XƏBƏRLƏR
14 dekabr 2011 | 04:12   
Paylaşın:        

Milli Məclisin deputatı Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün Parisdə səfərdədir.
Tədbirdə Avropa İnsan haqları məhkəməsinə hakimlərin seçilməsi prosedurunun təkmilləşdirilməsi, məhkəmələrdə ailə-məişət məsələlərinin həlli zamanı insan haqlarının təmin edilməsi ilə bağlı  müzakirələr keçiriləcək.
Parisdəki tədbirdən sonra Elxan Süleymanov Berlinə yola düşəcək. Deputatımız burada Almaniya Bundestaqının üzvləri ilə görüşəcək, parlamentlərarası əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə söhbətlər aparacaq.
Səfər dekabrın 20-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU