TÜRKPA-nın KOMİSSİYA İCLASINDA

XƏBƏRLƏR
13 may 2016 | 05:05   
Paylaşın:        

Mayın 17-də Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının beşinci iclası keçiriləcək. Milli Məclisin deputatı Cavanşir Feyziyev tədbirdə iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
İclasda Kiber cinayətkarlığa qarşı mübarizə, üzv ölkələr arasında hüquqi çərçivənin və əməkdaşlığın inkişaf etdirilməsinə dair hesabat məruzəsi və bir sıra digər məsələlər müzakirə olunacaq.
Səfər mayın 19-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU