DEPUTATLARIMIZ LİTVADA SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
13 may 2016 | 06:05   
Paylaşın:        

Milli Məclisin deputatları, Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə, üzvləri Muxtar Babayev və Elşad Həsənov mayın 15-də Vilnüs şəhərinə səfər edəcəklər.
Litva parlamentinin Azərbaycanla dostluq qrupunun dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri bu ölkənin qanunvericilik orqanının fəaliyyəti, deputatların iş şəraiti ilə yaxından tanış olacaq, həmkarları ilə bir sıra görüşlər keçirəcək, qanun yaradıcılığı sahəsində təcrübə ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Səfər mayın 20-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU