BEYNƏLXALQ TƏDBİRLƏRDƏ

XƏBƏRLƏR
16 may 2016 | 01:05   
Paylaşın:        

 Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov  Avropa  Şurası Parlament  Assambleyasının  Hüquqi  İşlər  və İnsan  haqları  komitəsinin  iclasında  iştirak  etmək  üçün mayın 16-dan 19-dək İtaliyanın Roma  şəhərində  səfərdə olacaqlar. 
Toplantıda İnsan haqları  üzrə  Avropa  Məhkəməsi və  beynəlxalq  cinayət  məhkəməsi  ilə əməkdaşlığın  gücləndirilməsi,  Avropa  İnstitutlarının şəffaflığı,  saxlanılmış  şəxslərin  vəkillərlə sərbəst əlaqə saxlama  imkanının  artırılması və digər  cari  məsələlər müzakirə  olunacaq.
Deputatlarımız  müzakirə  edilən məsələlərə  münasibət  bildirəcəklər.

***

Mayın 18-də deputat Vüsal Hüseynov Beynəlxalq Anti-Korrupsiya  Akademiyasının  İdarə  heyətinin görüşündə  iştirak  etmək  üçün Avstriyaya  səfər edəcək.

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU