MİLLİ MƏCLİSİN DEPUTATI PARLAMENT ETİKASINA HƏSR OLUNMUŞ KONFRANSDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
17 aprel 2012 | 04:04   
Paylaşın:        

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev  parlamentarilər üçün etik qaydalar Kodeksinə və standartlarına həsr olunmuş konfransda iştirak etmək üçün aprelin 18-də  Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcək.
Tədbirə Türkiyə, Böyük Britaniya, Fransa, Ukrayna, Polşa parlamentlərinin nümayəndələri də qatılacaqlar.
Konfransda parlament etikası, o cümlədən deputatların qarşılıqlı münasibəti, iclaslarda müzakirələrin aparılma və səsvermə qaydaları, reqlamentə riayət edilməsi, bu sahədə dünya təcrübəsinin öyrənilməsi və tətbiqi məsələləri müzakirə olunacaq.
Millət vəkili qaldırılan məsələlərlə bağlı fikirlərini açıqlayacaq, Milli Məclisin iş prinsipləri barədə məlumat verəcək.
Səfər aprelin 20-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU