DEPUTATIMIZ LATVİYAYA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
18 may 2016 | 05:05   
Paylaşın:        

Milli Məclisin deputatı Kamran Bayramov Latviya Yerli İdarəetmələr  İttifaqının  növbəti  Konqresində  iştirak  etmək  üçün  mayın 19-dan 24-dək bu ölkəyə  səfər  edəcək.
Paytaxt  Riqa  şəhərində  keçirilən toplantıda  qurumun illik  fəaliyyətinə  həsr  olunmuş hesabat  məruzəsi  dinləniləcək,  qarşıda  duran  vəzifələr barədə  fikir  mübadiləsi  aparılacaq.
Deputatımız  Konqresin  işində  iştirak  etməklə bərabər  Latviya parlamentində, müvafiq  komitələrdə, Ətraf  Mühit  və Regional  İdarəetmə  Nazirliyində  bir  sıra  görüşlər  keçirəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU